YAP rəsmisi: "Partiyamız 26 ildir şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir"

Yeni Azərbaycan Partiyasının qərargahında partiyanın yaranmasının 27-ci ildönümü ilə bağlı təntənəli toplantı keçirilib. YAP sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov YAP-ın yaranma ideyası barədə danışıb. O qeyd edib ki, YAP-ın yaranmasından 6 ay keçdikdən sonra onun sədri Heydər Əliyevin Azərbaycanın prezidenti olması xalqın bu partiyanın ideyalarına, Heydər Əliyev şəxsiyyətinə olan etimadının bilavasitə ifadəsidir:

“YAP-a olan inam müstəqilliyin qorunması, ölkənin dağıdılması dilemmasının aradan qaldırılması kimi qəbul olunmalıdır. Əgər YAP yaranmasaydı, biz – Azərbaycan vətəndaşları tamam fərqli tale yaşamaq məcburiyyətində qalacaqdıq. YAP-ın yaranması Azərbaycanın bütün bəlalardan və təlatümlərdən xilas olmasına gətirib çıxardı. Heydər Əliyevin xilaskarlıq missiyasını xalq tarixi şans kimi qarşılayırdı. Tarix YAP-a bəslənilən ümidlərin özünü tamamilə doğrultduğunu təsdiqlədi. Ölkə iqtisadiyyatında baş verən tənəzzülün qarşısı alındı. Böyük islahatlar həyata keçiridi. Azərbaycan ərazilərinin işğalının davam etməsinin qarşısı alındı”.

Ə.Əhmədov qeyd edib ki, YAP yarandıqdan cəmi 6 ay sonra hakimiyyətə gəlib:

“27 yaşı olan partiya 26 ildir şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir. Parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan bu gün dünyanın ən uğurlu gənc ölkəsi kimi qəbul olunur. İlk növbədə hər bir Azərbaycan vətəndaşı bu iqtidarın ölkəyə verdiyi faydaları görməkdə və qiymətləndirməkdədir. Bu gün Azərbaycan vətəndaşları dünyanın ən sabit, ən təhlükəsiz ölkələrindən birində yaşamaqları ilə fəxr edirlər”.

Ə.Əhmədov hazırda YAP üzvlərinin sayının 750 min nəfərə yaxın olduğunu qeyd edib və partiya üzvlərini təbrik edib.

Daha sonra YAP Siyasi Şurasının üzvü, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov çıxış edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu