Jurnalistdən sərt sözlər: "Bir azərbaycanlı niyə Paşinyandan belə bir şey xahiş etməlidir?"

“Ata Abdullayev adlı şəxs heç vaxt diqqətimi cəlb etməyib. Yəni adama bulaşmamağa çalışmışam. Çünki bizlik adam deyil”. 

Sherg.az-ın xəbərinə görə, bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib. 

Jurnalist bildirib ki, Ata Abdullayevin əməllərini görüb və yan keçib: 

“İndi onun blogger kimi peyda olmasını görürəm. Bir azdan jurnalist kimi bizə örnək olmağa da çalışacaq, bu gedişlə. Öz işidir. Lakin onun hazırda müzakirəsi gedən əməlinə qısa münasibət bildirmək istərdim. Bu da səbəbsiz deyil. Adam Milanda kilsəyə girib Ermənistan baş nazirinə öz bacarığı səviyyəsində sual verir, ondan xahiş edir ki, Azərbaycan torpaqlarını azad buraxsın. Bir azərbaycanlı niyə Paşinyandan belə bir şey xahiş etməlidir, anlamadım. İkincisi, belə bir komediya göstərib ermənilərin bizə gülməsinə niyə şərait yaratmalıydı? Əgər söhbət hansısa beynəlxalq səviyyəli, daim beynəlxalq platformalarda çıxış və iştirak edən birisindən getsəydi, bu suallar yerinə düşərdi. Lakin Ata Abdullayevin kimliyini nəzərə alaraq yuxarıda səsləndirdiyim sualları yersiz sanıram. Hətta onun müzakirəsini də məqsədəuyğun sanmıram”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu