Ermənistana sanksiya tətbiq edilsin: Rəsmi Vaşinqton ikili standartlara son qoymalıdır

“Hamını sanksiyalarla hədələyən ABŞ, Ermənistana gəldikdə isə niyə sanksiya tətbiq etməkdən yayınır?”. Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının rəhbəri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Vaşinqton ikili standartlara son qoymalıdır: 

“ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer deyir ki, "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində son dərəcə maraqlıdır". Ancaq bu "son dərəcə maraqlılıq" nədən ibarətdir, bax buna heç heç bir aydınlıq gətirmir. Cənab səfir jurnalistin "Dağlıq Qarabağ məsələsinə dair ABŞ ədalətli mövqe tutursa, onda niyə Ermənistana qarşı nəinki sanksiya tətbiq etmir, hətta işğalçı ölkəyə maliyyə yardımı göstərir?” sualına isə əsl diplomat kimi ikibaşlı cavab verib: “Sizi inandırım ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ üçün də mühüm əhəmiyyət daşıyır. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədridir və bu baxımdan hər iki tərəflə əməkdaşlıq edir, münaqişənin dinc yolla həlli yollarını axtarmaq öhdəliyinə sadiq olduğunu göstərir. Əslində sanksiya tətbiq etməkdənsə, tərəflər arasında təmasların qurulması üçün və son nəticədə münaqişənin həllinə nail olmaq üçün hər iki tərəflə çalışmağı üstün tuturuq”. 



Partiya sədri: "İşğalçı Ermənistanı və işğala məruz qalan Azərbaycanı eyni gözdə görmək, üstəgəl işğalçı tərəfə maddi yardım, texniki yardım göstərmək, heç bir humanitar və ümumbəşəri prinsiplərə sığmır"


Analitikin sözlərinə görə, əlbəttə, münaqişə edən hər iki tərəflə çalışmağı üstün tutmaq əlbəttə, ilk baxışdan olduqca müsbət addımdır: 

“Ancaq tərəflərin ikisini də - işğalçı Ermənistanı və işğala məruz qalan Azərbaycanı eyni gözdə görmək, üstəgəl işğalçı tərəfə maddi yardım, texniki yardım göstərmək isə heç bir humanitar və ümumbəşəri prinsiplərə sığmır. Bir də ki, gah Rusiyanı, gah İranı, gah da Türkiyəni tez-tez sanksiyalarla hədələyən Amerika Birləşmiş Ştatlar, nədənsə, təcavüzkar Ermənistana gəldikdə isə sanksiya tətbiq etməkdən ən müxtəlif üsullarla yayınır. Yəqin ki, bu da əsl amerikasayağı "ikili standart"lardır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu