Layçakın Bakı səfərində Qarabağ müzakirə olunacaq: Amma nəticə... - AKTUAL

Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Azərbaycana səfər edəcək. M. Layçak noyabrın 28-də Slovakiyanın Azərbaycandakı səfirliyinin açılış mərasiminə qatılacaq.

Səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilib-edilməyəcəyi ilə bağlı fikirlərini Sherg.az-la bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib ki, Azərbaycan Slovakiya ilə münasibətləri inkişaf etdirmək istəyir. 



Elxan Şahinoğlu: "ATƏT-ə sədrlik edən şəxs istər-istəməz Qarabağ münaqişəsinin həlli ilə bağlı məşğul olmalıdır"


Analitik qeyd edib ki, ATƏT-in sədri Bakıya gələrkən Dağlıq Qarabağla bağlı da fikir mübadiləsi aparılacaq:

“Səhv etmirəmsə, bir müddət öncə sədr Rusiyaya səfər etmişdi. Lavrovla ortaq mətbuat konfransında Qarabağla bağlı sual veriləndə o, bildirmişdi ki, bununla bağlı danışıqlar gedir. ATƏT-ə sədrlik edən şəxs istər-istəməz Qarabağ münaqişəsinin həlli ilə bağlı məşğul olmalıdır. Çünki Dağlıq Qarabağ münaqişəsi ATƏT-in əsas mövzularından biridir. Ona görə də vaxtilə belə həmsədr institutu yaradılıb. Amma təəssüf ki, ATƏT-in iştirakı ilə münaqişənin həlli illərdir sürətləndirilmir. Tam əksinə yerində sayırlar. Ona görə də Qarabağla bağlı fikir mübadiləsi aparanda, bu fikir mübadiləsindən ciddi bir nəticənin çıxacağını gözləmək əbəsdir. Çünki bu illərdə xeyli ATƏT sədri dəyişib və dəyişən sədrlər Bakıya, İrəvana səfər eləmir. Hətta elə ölkələr olub ki, biz onlara Qarabağla bağlı daha çox ümid bəsləmişik. Amma həmin dövlətlər münaqişənin həllində Slovakiyadan daha çox maraqlı olsalar da, problemin həllini sürətləndirə bilmirlər. Çünki münaqişəni həll etmək üçün yeganə şərt işğalçı dövlətə təzyiq edib ona bunu qəbul etdirməkdir. ATƏT-in sədrləri isə bunu etmirlər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu