SEPAH liderlərin həbsinə başladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu İranın 4 vilayətində iğtişaşların əsas təhrikçilərini həbs edib.

Axar.az xəbər verir ki, bunu SEPAH generalı Ramazan Şərif deyib. Onun sözlərinə görə, həbslər Tehran, Alborz, Fars və Xuzistanda baş tutub.

O, bu şəxslərin xarici xüsusi xidmət orqanlarıyla bağlı olduğunu bildirib.

Şərif Tehrana qarşı sanksiya siyasəti uğursuzluğa düçar olduğuna görə xarici xüsusi xidmət orqanlarının iğtişaşları provokasiya etdiklərini söyləyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu