Deputat: "İslahatlar kursu həyatımızın bütün sferalarını əhatə edir"

“27 il ərzində Yeni Azərbaycan Partiyası olduqca məsuliyyətli, möhtəşəm və şərəfli bir yol keçib”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru Elman Nəsirov deyib. 

Deputat bildirib ki, YAP iştirak etdiyi bütün seçkilərdən qələbə ilə çıxıb, bununla da bir qalibiyyət salnaməsi yaradıb: 

“Sıralarında cəmiyyətimizin bütün təbəqələrinin təmsil olunduğu YAP ümumxalq partiyasına çevrilib. Ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır. İslahatlar kursu həyatımızın bütün sferalarını əhatə edir. Hər bir Azərbaycan ailəsi islahatların real nəticələrini öz güzəranı və rifahının yaxşılaşmasında hiss edir və cənab Prezidentə öz minnətdarlığını ifadə edir. Ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva cənab Prezidentin gücünə güc qatır. Elə bu səbəblərdən ölkəmizdə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür”. 

Parlament üzvünün sözlərinə görə, bu reallıq bütün müstəqillik dövrümüzün ən böyük neməti və sərvəti olan sabitliyimizi şərtləndirir: 

“Gəlin, bu sətvətimizi göz bəbəyi kimi qoruyağın! Gəlin, bu sabitliyin qarantı olan Xalq-hakimiyyət birliyinin, Xalq-Prezident vəhdətinin möhkəmləndirilməsinə hər birimiz konkret tohfə verəyin! Gəlin, hamimiz bir ağızdan ulu ondər Heydər Əliyevin yadigarı olan, fədakar fəaliyyəti ilə mohtəşəm uğurlarımızı təmin edən Yeni Azərbaycan Partiyasına 27 yaşın mübarək olsun deyəyin”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu