Mehriban Əliyeva Putinlə danışıqlar aparacaq

Rusiya Prezidenti Vladimir Putin noyabrın 22-də Rusiyada səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşəcək.

Bu barədə Kremlin mətbuat xidmətinə istinadən RİA Novosti xəbər yayıb.

"Putin Rusiyaya səfərə gələn Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşəcək",-məlumatda bildirilir.

Qeyd edək ki, bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya paytaxtındakı Aleksandr bağında Naməlum Əsgər məzarını ziyarət edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu