Polisi bıçaqlayan tutuldu

Mingəçevirdə polis əməkdaşını bıçaqlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şəki regional qrupundan APA -nın Mingəçevir bürosuna verilən məlumata görə, Mingəçevir şəhər və Yevlax rayon Polis Şöbələri əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Elyar İsmayılov saxlanılıb.

Faktla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə ötən gün şəhərin Samux küçəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü İsmayılov Elyar İsmayıl oğlu tanışı, Ağayev Kənan İlham oğlunu bıçaqlayıb.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Bıçaqlanan K. Ağayev mühafizə polisinin əməkdaşı olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu