Tələbələri zəhərləyən "Suşi" - Bu, kifayət qədər təhlükəli qidadır

Bakı Dövlət Universitetinin tələbələri qaldıqları yataqxanada qidadan zəhərləniblər. Onlardan biri dünyasını dəyişib, digərlərixəstəxanada müalicə alırlar. Həkiminin verdiyi məlumata görə, tələbələrin vəziyyəti ağır stabildir.

Araşdırma nəticəsində tələbələrin yedikləri suşidən (balıq məhsulu) zəhərləndikləri məlum olub. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, "suşi" kifayət qədər təhlükəli qida hesab edilir:



Eyyub Hüseynov: "Telefon vasitəsilə nə isə sifariş vermək məqsədəuyğun deyil"


“Suşi"nin hazırlanmasını görənlər bilirlər ki, onu xüsusi lentlərə bükürlər. Bu, həm zahiri görkəm, həm də mahiyyət etibarı ilə "rus ruleti"ni xatırladır. Yəni olduqca təhlükəlidir. Kimin bəxtinə nə düşəcəyi məlum deyil. Bu, zaman həm də balığın hazırlanma qaydasını, keyfiyyətini nəzərə almaq lazımdır. Belə ki, balıq özü də xüsusi həssaslıqla seçilməsi lazım olan ərzaqdır.”

Ekspert alıcılara tövsiyə verərkən bildirdi ki, onlar aldıqları məhsula mütləq diqqət etməlidirlər:

“Gərək istehlakçılar nə ilə qidalandıqlarını bilsinlər. Məncə, telefon vasitəsilə nə isə sifariş vermək məqsədəuyğun deyil. Çünki hazırlanma qaydası ilə tanış olmurlar. İstehlakçıların tam hüququ var ki, aldıqları məhsulların hazırlanma qaydası ilə tanış olsunlar".

Kənan Novruzov 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu