Sarkisyanın xaç oğlu Moskvada həbs edildi

Rusiyanın Zelenoqrad şəhərində “Alraxaçi Levik” ləqəbli keçmiş deputat Levon Sarkisyan saxlanılıb.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan polisi yayıb. Sarkisyan mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham edilərək, axtarışa verilib. Hazırda onun ekstradisiyası məsələsinin həll edildiyi vurğulanıb.

Qeyd edək ki, Sarkisyan Ermənistan Gömrük Xidmətinin keçmiş rəhbəri Armen Avetisyanın iqamətgahına 11 il əvvəl baş verən hücumun iştirakçılarından olub.

Levon Sarkisyan Respublikaçılar Partiyasından deputat seçilib. O, eks-prezident Serj Sarkisyanın xaç oğludur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu