Politoloq: "Erməni lobbisi Bolqarıstan Xarici İşlər Nazirliyinə o qədər sirayət edib ki..."

“Erməni lobbisinin güclü olduğu ölkələrdən biri də Bolqarıstandır”. Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Analitik bildirib ki, faşist Qaregin Njdenin uzun illər bu ölkədə yaşaması heç də təsadüfi deyil: 

“Erməni lobbisi və ona qulluq edənlər Bolqarıstanda bu gün də əhəmiyyətli rol oynayırlar. Məsələn Bolqarıstanın baş naziri Bakıya səfər etdikdən sonra erməni lobbisi bu, səfərin təsirini azaltmaq üçün təcili Bolqarıstan prezidentinin İrəvana səfərini təşkil etdi. Azərbaycan qazının alıcıları arasında Boqlarıstan da var. Hətta Azərbaycan Dövlət Neft Şirkətinin Bolqarıstanda qaz paylayıcı çalışmalara başlayacağı müzakirə edilir. Ancaq həmin erməni lobbisi bunun qarşısını almaq üçün var gücü ilə çalışır.

Erməni lobbisi Bolqarıstan Xarici İşlər Nazirliyinə o qədər sirayət edib ki, həmin lobbi Bolqarıstanın müxtəlif ölkələrə səfir təyinatına da təsir etmək gücündədir. Bolqarıstanda Azərbaycan və Türkiyə ilə münasibətlərə önəm verən mərkəzlər, siyasətçilər və diplomatlar da var. Ancaq onlar bəlli qüvvənin təzyiqi ilə də üz-üzədirlər”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu