Novella Cəfəroğlu komitə sədri ilə razılaşdı: "Hicran xanım düz deyir"

“Biz çalışırıq ki, işləməyib evdə uşağa baxan qadınların əziyyəti qiymətləndirilsin.” Bunu Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, son dövrdə Prezident tərəfindən sosial məsələlərə büdcədən xeyli vəsait ayrılıb:

“Bir çox qadınlarımız var ki, işləmir, evdə uşağa baxırlar. Bir sıra ölkələr evdar qadınların əməyini qiymətləndirmək üçün vəsait ayırır. Biz də məsələ qaldırırıq ki, uşağa baxan qadınların əməyi qiymətləndirilsin”.

Məsələ il bağlı Sherg.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu düşünür ki, həqiqən, evdar qadınlara müəyyən vəsait ayrılmalıdır:

“Bildiyimə görə, evdar qadınlar müəyyən qədər təqaüd alırlar. Əlbəttə, belə də olmalıdır. Çünki evdar qadınlar da zəhmət çəkir, iş görürlər. Mənə elə gəlir ki, Hicran xanımın dediklərində həqiqət var. O düz deyir, vəsait ayrılmalıdır".

Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu