Bakıda narkotik satan şəxs tutuldu

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Quliyevdən 21 qramdan artıq heroin aşkarlanaraq götürülüb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, ona narkotik vasitəni satmaqda şübhəli bilinən Ş.Babayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 107 qramdan artıq heroin, 101 qramdan çox marixuana, 39 qramdan artıq metamfetamin və bir elektron tərəzi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu