Yolu keçmək istəyən iki qadını maşın vurdu

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən iki gənc qadını vurub. Qadınlardan biri yüngül, digəri isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu