"Həqiqətən də Heydər Əliyev hakimiyyətə tez gəlsəydi, torpaqlarımız işğalda olmayacaqdı" - RƏY

“Cənab Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı qeyd etdiyi məqamlar tamamilə həqiqətdir”.

Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib. 

Analitik bildirib ki, məhz AXC-Müsavat cütlüyünün yürütdüyü yarıtmaz, xəyanətkar siyasətin nəticəsi olaraq bu gün Dağlıq Qarabağ işğal altındadır: 

“Hazırda müxalifət düşərgəsində fəaliyyət göstərərək özlərini “günahsız” göstərməyə çalışan bir qrup insanın 1992-1993-cü illərdə törətdiyi əməllər tarixin yaddaşından silinməyib, heç zaman da silinməyəcək. Əgər həqiqətən də müstəqillliyimizi qazandığımız ilk ildən etibarən Ulu Öndər Heydər Əliyev prezident olsaydı, bu gün Dağlıq Qarabağ problemi mövcud olmayacaq, torpaqlarımız işğal altına düşməyəcəkdi. AXC-Müsavat cütlüyünün hakimiyyəti millətimizə “Dağlıq Qarabağ münaqişəsi” kimi illərdir həlli mümkün olmayan bir dərd, yara bəxş edib”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu