Politoloq: "Kremlin Heydər Əliyevə qarşı qurduğu siyasət ona gətirib çıxardı ki..."

“Prezident İlham Əliyevin Sumqayıtda Ulu Öndər Heydər Əliyevlə bağlı səsləndirdiyi fikirlər tariximizi əks etdirir”.

Bu sözləri Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

O bildirib ki, hər bir ölkənin və xalqın taleyində lider faktoru çox vacibdir:

“Azərbaycanın ümummilli lideri Heydər Əliyevin də dövlətçiliyimizin tarixində müstəsna rol var.  Amma təəssüf ki, Heydər Əliyev vaxtilə Qarabağ münaqişəsi başlayarkən SSRİ-də hakimiyyətdən uzaqlaşdırıldı. Kremlin Heydər Əliyevə qarşı qurduğu siyasət ona gətirib çıxardı ki, torpaqlarımız işğal altına alındı. Bütün bunlar onu göstərir ki, xalqımız bu faktorlara mütləq şəkildə fikir verməlidirlər. Lakin təəssüflər olsun ki, bəzən tariximizi düzgün şəkildə qiymətləndirmirik”.

Qeyd edək ki, Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Ölkə  başçısı bildirib ki, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi və torpaqlarımız işğal altına düşməzdi.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu