İranda çevriliş ola bilərmi? – Rus ekspertdən cavab

İrandakı etirazlar daxili problemlər ucbatından yaranıb və 2020-2021-ci il seçkiləri nəticəsində hakimiyyətin dəyişməsinə gətirib çıxara bilər.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında rusiyalı ekspert Vladimir Sajin deyib.

“İranlı iqtisadçılar iqtisadiyyatda korrupsiya və qeyri-effektiv idarəetmə sistemindən bəhs edirlər. BVF-nin göstəricisinə görə, İranın ümumdaxili məhsulu 9,5% azalıb. İnflyasiya bu il 35%-dən çoxdur, digər mənbələrdə isə bu, 50% göstərilib. Keçən il ərzində İran valyutası dollar qarşısında 70% dəyər itirib. Ölkədə qiymətlər son ildə 75% artıb. Bu hadisələr fonunda Ruhani benzin qiymətlərinin artırılması barədə qərar qəbul edir. Əlbəttə ki, bu, narazılıq üçün hərəkət oldu. Hazırkı iqtisadi situasiyada bu, sadəcə, gərəkli tədbir idi”.

Politoloq bildirib ki, İranda hansısa çevrilişi gözləməyə dəyməz:

“Ona görə ki, bütün çətinliklərə rəğmən, İran dövlət sistemi elastikdir və xarici təsirlərə dəqiq reaksiya verə bilir, kompromis sistemi yaxşı işləyir. Ona görə də yaxın illərdə çevriliş gözləmirəm. 2020-ci ildə ölkədə parlament seçkisi baş tutacaq və qələbəni müxalifət, mühafizəkar qanad qazanacaq. 2021-ci ildə prezident seçkisi keçiriləcək və burada da Ruhaninin davamçısının qələbə qazanması çətin olacaq”, – deyə o bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu