Afrika Birliyindən İngiltərəyə tələb: Adalardan çəkil!

İngiltərə Mavrikiyə aid olan Çaqos adalarındakı müstəmləkə rejiminə son qoymalı və bölgədən çəkilməlidir.

Axar.az xəbər verir ki, bunu Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmməd deyib. O, İngiltərənin BMT-nin qətnamələrini pozduğunu deyərək, bölgədəki müstəmləkə rejimindən narahat olduğunu bildirib.

Bölgənin müstəqilliyinə qovuşması üçün Mavrikiyə dəstək verəcəyini deyən təşkilat sədri İngiltərəyə çəkilməsi üçün verilən 6 aylıq müddətin bu gün başa çatdığını söyləyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 22 mayda İngiltərədən 6 ay ərzində Çaqos adalarını Mavrikiyə təhvil verməsini tələb etmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu