Yaponiya sahillərində 5,2 bal gücündə zəlzələ baş verdi

Yaponiyanın cənub-şərq sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Yaponiyanın Meteorologiya İdarəsi məlumat yayıb. Zəlzələnin ocağı yer səthindən 20 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsinin olmadığı bildirilir.

Yeraltı təkanlar ölkənin 14 prefekturasında hiss olunub. Təbii fəlakət nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu