Bakıda “TIR” körpüdən dəmir yoluna aşdı: İki nəfər öldü - FOTO

Bu gün saat 14:10-da Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində, Biləcəri-Heybət mənzilinin 521-ci kilometrindəki avtomobil körpüsündə qeydə alınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, AZ 99-SA-781/ AZ 99-ZE-781 dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı yük avtomobili körpünün üzərindən aşaraq dəmir yolu xəttinin üzərinə düşüb.

Sürücü -1992-ci il təvəllüdlü Xəzər İnqilab oğlu Yusifli və onun sərnişin - 1990-cı il təvəllüdlü Əzim Ağabəy oğlu Məmmədov hadisə yerində dünyasını dəyişib. 

Qəza nəticəsində dəmir yolunun hər iki istiqamətində kontakt şəbəkəsi və yan xətlər tam sıradan çıxıb və qatarların hərəkəti üçün bağlanıb. Qatarların hərəkətinin bərpa edilməsi istiqamətində iş aparılıb. Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 


Paylaş

Bizi Facebookda izləyin
menu
menu