Xoşqədəm Hidayətqızı: "Oğlum ön cəbhədə xidmət edib"

Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı övladları ilə bağlı maraqlı açıqlama verib.

Xoşqədəm Hidayətqızı bildirib ki, böyük oğlu ön cəbhədə xidmət edib:

"Hamı bilir ki, oğlumun yerini dəyişmək üçün heç kimdən xahiş etmədim. Mən özümü o zaman xoşbəxt ana hesab edərəm ki, oğlanlarım vətən uğrunda şəhid olsun. Bir rəfiqəm mənə dedi ki, sən necə anasan?! Ürəyin necə dözür? Mən ona cavab kimi bildirdim ki, kaş mənim övladım hansısa avtomobil qəzasında, xəstəlikdən deyil vətən uğrunda şəhid olsun. Mənə görə dünyanın ən xoşbəxt anası övladı vətən uğrunda şəhid olandır".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu