Rusiyalı məşqçi pedofillikdə ittiham olunur

Sankt-Peterburqda 52 yaşlı stolüstü tennis üzrə məşqçiyə cinayət işi açılıb. O, azyaşlılara qarşı təcavüzdə təqsirləndirilir.

Bu barədə Sankt-Peterburqun İstintaq komitəsində məlumat verilir.

İstintaqın fikrincə, kişi bu ilin oktyabr və noyabr aylarında 8 və 10 yaşlı iki qız uşağına qarşı seksual xarakterli hərəkətlər edib.

Hazırda işlə bağlı istintaq davam edir. Təqsirləndirilən şəxsə qarşı həbs qətimkan tədbiri seçilməsi və ittiham edilməsi məsələsi həll edilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu