Çuvallara doldurub evlərinə daşıdılar

Balıqlar havasızlıqdan suyun üstünə çıxıblar

 

 Gediz çayının Manisanın Turqutlu qəsəbəsidən keçən hissəsində kütləvi balıq leşlərinə rast gəlinib. Səlahiyyətlilər çayın müxtəlif nöqtələrindən su və ölü balıq nümunələri götürərək araşdırmaya göndərib.


Şişmiş və ağızları açıq halda özlərini sahilə vuran balıqları görən vətəndaşlar vəziyyəti əlaqədar qurumlara bildirib. Bu zaman bəzi vətəndaşlar qruplar gələnə qədər suyun üstünə çıxan balıqları çuvallara doldurub evlərinə daşıyıb.



Mahmud Şen, "Hər il yağmurlardan əvvəl Gediz çayında suyun azalması və yağışların birdən başlaması ilə  torpaq axını baş verir.

Bu hadisə suyun içərisində havasızlığa səbəb olur. Balıqlar ölməmişdən əvvəl biz də onları tutub evlərimizə aparırıq" deyir.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu