YPG/PKK terror təşkilatı parçalanır

 "Sülh Çeşməsi” əməliyyatından sonra YPG/PKK terror təşkilatını tərk edənlərin sayı günü-gündən artır. Dünən Suriyanın Ayn əl-Ərəb bölgəsindən Şanlıurfaya gələn iki PKK/YPG terrorçusu silah və ratsiyaları ile Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.
 
"Sherg.az"ın məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı yazılı bəyanatda bildirilib ki, ölkə daxilində və xaricində terrora qarşı həyata keçirilen hərbi əməliyyatlar nəticəsində separatçı PKK/PYD terror təşkilatında parçalanma süretlenir, təşkilatdan qaçanların və təslim olanların sayı artır:

"2019-cu ilin noyabr ayının 25-də Suriyanın Ayn əl-Ərəb bölgəsindən iki terrorçu Daxili İşlər Nazirliyi organlarından Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin səyləri nəticəsində M-16 silahları və ratsiyaları ilə Suriyadan qaçaraq Şanlıurfadakı sərhəd məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olub.”
 
YPG/PKK öz sıralarında Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşməkdən imtina edən onlarla insanı qətlə yetirib.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu