“Birinci vitse-prezidentin Moskva səfəri böyük əhəmiyyət kəsb edir"

Nəzakət Məmmədova:“Bu səfər ölkəmizin istər daxili, istərsə də, xarici siyasətində böyük təsirə malik olacaq”
 
“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Moskvaya rəsmi səfəri, onun Rusiya prezidenti Vladimir Putinlə, baş nazir Medvedevlə, Federasiya Şurasının sədri Matvienko və digər yüksək vəzifəli şəxslərlə səmimi dostluq və işgüzar şəraitdə keçən görüşləri böyük əhəmiyyət kəsb edir”. 


Bu barədə “Sherg.az”a politoloq Nəzakət Məmmədova bildirib. O qeyd edib ki, bu səfər ölkəmizin istər daxili, istərsə də, xarici siyasətində böyük təsirə malik olacaq:

“Mehriban xanım Əliyevanın hazırda ölkəmizdə geniş vüsət alan və şəxsən özünün də liderlik etdiyi islahatlar kursuna Rusiyanın dəstəyi son dərəcə vacibdir. Bu prosesin uğurla davam etməsinin əsas təminatlarından biri Rusiyanın mövqeyidir.

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılması, “X Azərbaycan-Rusiya Regionlararası Forum” da səfər çərçivəsində əsas diqqət mərkəzində olan məsələlərdən oldu. Rusiya və Azərbaycanın ali vəzifəli şəxsləri olan Matvienko və Mehriban xanım Əliyevanın “X Azərbaycan-Rusiya Regionlararası Forum”un plenar iclasının və pavilyonun açılışlarında iştirak etmələri vacib nüanslardır.

Rusiya və Azərbaycanın Təhlükəsizlik Şuraları arasında 2020-2021-ci illər əməkdaşlıq planına dair razılaşmanın imzalanması da səfərin gedişatında ən diqqətəlayiq hadisələrdən biridir. Bu, qarşıdakı mürəkkəb dövrdə iki ölkə arasındakı Təhlükəsizlik Şuralarının səlahiyyətlərinə daxil olan məsələlərdə ümumi yanaşmanın, əlaqələndirilmiş fəaliyyətin təminatçısıdır.

Nəqliyyat infrastrukturu, turizm, kənd təsərrüfatı və humanitar sferalarda regionlararası əməkdaşlığa dair dörd dəyirmi masanın keçirilməsi gözlənilir. Əlbəttə, bu da regionlararası əməkdaşlıq formatının tədbir çərçivəsində nəzərdə tutulan əsas prioritetləridir”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu