Deputatdan müxalifətə:«Xaricdəki havadarları belə ümidlərini üzüblər»

Sahib Alıyev: «Çünki adları insan alverindən tutmuş kollaborasionizmə qədər ən yaramaz məsələlərdə hallanır»


«Dünən Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyilə bağlı keçirilən tədbirdə iştirak edənlərin böyük bir hissəsi gənclər idi. Prezident İlham Əliyevin oradakı çox səmimi və dəfələrlə alqışlarla qarşılanan çıxışı görünür o səbəbdən həm də tövsiyyə və nəsihət xarakteri daşıyırdı. Və deyərdim ki, həmən çıxış siyasətçilər, özəlliklə də siyasətçi olmaq istəyənlər üçün hətta master-klas elementləriylə də zəngin idi».

Bu barədə «Sherg.az»a millət vəkili Sahib Alıyev bildirib.
O qeyd edib ki, AXCP-Müsavat cütlüyünün bəzi təmsilçiləri burada dövlət başçımızın onları növbəti dəfə sərt tənqidini özlərini önəmsəmək kimi yozurlar:

Amma onlar çoxdan tarixin arxivinə atılıblar. Xaricdəki havadarları belə adları insan alverindən tutmuş kollaborasionizmə qədər ən yaramaz məsələlərdə hallanan bu dəstəyə ümidlərini üzüblər. Yeri gəlmişkən, cənab İlham Əliyev öz çıxışında bunu həm də operativ məlumat kimi təqdim etdi. Bu isə o deməkdir ki, onlar üçün artıq hər şey bitib və AXCP-Müsavat cütlüyü kimi haqlı olaraq rəhbərlik dönəmləri tənqid edilən Vəzirovla Mütəllibovun hazırda hakimiyyətə gəlmək şansları nə qədərdirsə, İsa Qəmbərlə Əli Kərimlininki də ətraflarındakılarla birgə o qədərdir. Yəni, onları tənqid önəmsəndikləri, əhəmiyyət verildikləri üçün deyil. Tarixdəki faciələr, yaramazlıqlar o zaman təkrarlanır ki, unudulurlar və onlardan dərs çıxarılmır. AXCP-Müsavat cütlüyününün hakimiyyət(sizlik)də olduqları dönəmin dəfələrlə xatırladılmasında və tənqidində də məqsəd o dəhşətli, alçaldıcı və faciəli olaylarla dolu günləri bir daha yaşamamız üçündür.

Onun üçündür ki, gənclərimiz AXCP-Müsavat cütlüyününün səriştəsiz və rüsvayçı idarəçiliklərini xatırlayaraq savada, biliyə önəm versinlər, bacardıqları işin qulpundan yapışsınlar, siyasətçi olmaq istədikləri halda dəstəyi xaricə deyil öz xalqının içərisində axtarsınlar. Və cənab Prezidentin də vurğuladığı kimi anlasınlar ki, bizi bizim qədər heç kim nə sevə bilər, nə uğur qazanmamızı istəyər».

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu