İran: ABŞ kəşfiyyatına bağlı 8 nəfər saxlanıldı

İranda yanacağın qiymətinin bahalaşmasından sonra başlanan iğtişaş ərəfəsində ABŞ Xüsusi Xidmət Orqanlarına bağlı olan 8 nəfər saxlanılıb 
«Sherg.az» «lefigaro.fr»ə istinadən xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi olan «İrna» məlumat verib. 

Məlumatda qeyd olunur ki, « İrna » bu xəbəri İran kəşfiyyat orqanlarına istinadən yayıb. Xəbərəd deyilir ki, həmin şəxslər İrandakı aksiyalarla bağlı informasiya toplayıb, xaricə ötürməkdə şübhəli bilinərək saxlanılıblar.

Həmin şəxslərin ABŞ Xüsusi Xidmət Orqanlarına bağlılığı üzə çıxıb.Onlar vətəndaş jurnalistikası adı altında ölkədə informasiya toplamaqla məşğul olublar. 
Hətta İrana qarşı anataqonist mövqe sərgiləyən Amerika da bu faktı dolayısı ilə təsdiqləyib. ABŞ-ın dövlət katibi Mark Pompoe qeyd edib ki, İrandakı nümayişlərlə bağlı onlarda 20 mindən çox məktub, çoxsaylı foto və video faktlar var. 

Qeyd edək ki, rəsmi Tehran İranda baş verən iğtişaş nəticəsində 5 nəfərin, 4-ü polis, biri isə sivil, öldüyünü, 500 nəfərin saxlanıldığını bəyan edib. Lakin «Amnesty International»isə  İrandakı iğtişaşlar nəticəsidə 143 nəfərin öldüyünü bildirir. 
 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu