YPG/PKK yenidən dinc əhalini hədəf alıb


"Katyusha” raketlərinin atıldığı hücumlarda 4 mülki şəxs yaralanıb

 
YPG/PKK terror təşkilatı yenidən dinc əhalini hədəf alıb. "Sherg.az" xəbərinə görə, Canilikdə İŞİD-dən geri qalmayan PKK/YPG terror təşkilatı Suriyanın şimalında dinc əhaliyə qarşı hücumlarını davam etdirir.  

Rəsulaynın qərbindəki Tel-Xələf kəndində partlatdıqları nəqliyyat vasitəsi ilə 17 nəfəri öldürüb, 20-dən çox insanı yaralayan uşaq qatilləri bu gün də Aazaz şəhərində sivillərə qarşı terror aktı törədiblər. YPG/PKK Suriyanın şimalındakı Tel Rifat şəhərindən hücumlarını davam etdirir.  Tel Rifat-da məskunlaşan terrorçular Türkiyənin Kilis şəhərinin qarşısındakı Suriya torpaqlarında yerləşən Aazaz şəhər mərkəzinə 6 raket atıb.

İlkin məlumatlara görə, “Katyusha” raketlərinin atıldığı hücumlarda 4 mülki şəxs yaralanıb. Türk Silahlı Qüvvələri terrorçuların mövqelərini artilleriya atəşləri ilə hədəf alaraq hücumlarına qarşılıq verib. “Zeytun Budağı” əməliyyatı ilə Afrindən çıxarılan YPG/PKK bölgənin cənub-şərqindəki Tel Rifat şəhərində işğalını davam etdirir. Bu bölgədə məskunlaşan terror təşkilatı tez-tez Azad Suriya Ordusunun nəzarətindəki yaşayış məntəqələrini hədəf alır.


Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu