Deputat: "Elmira Süleymanova Ombudsman institutunu sıfırdan yaratdı” 

“...Və onu ölkəmizdə, ölkə hüdudlarından kənarda çox hörmətli bir quruma çevirdi” 


“Əvvəla hörmətli Elmira Süleymanova haqqında bir neçə söz demək istərdim. Əslində onu bu gün burada görmək istərdim ki, bu xoş sözləri o özü eşitsin.E.Süleymanovanın namizədliyi dahi Heydər Əliyevin vaxtında, onun bilavasitə tövsiyəsi ilə parlamentə təqdim olunmuşdu. Və bu 16-17 ildə Elmira xanımın çoxşaxəli fəaliyyəti göz önündə idi”. 

“Sherg.az” xəbər verir ki, bu barədə parlamentin bugünkü iclasında millət vəkili, xalq yazıçısı Elmira Axundova bildiririb. Xanım parlamentari diqqətə çatdırıb ki, Elmira xanım Ombudsman institutunu sıfırdan yaradaraq onu ölkəmizdə və ölkə hüdudlarından kənarda çox hörmətli bir quruma çevirib: 

Elmira xanım həmişə ədalətin tərəfində olub, sadə insanlar ona çox inanırdılar. Minlərlə məktub və şikayətlər məhz ona ünvanlanırdı. Və mən bilirəm ki, Elmira xanım bir dənə də şikayəti diqqətdən kənarda qoymayıb, çox vaxt onun həllinə nail olub.

Yüksək beynəlxalq tribunalardan Elmira xanım Süleymanova həmişə öz haqq səsini qaldıraraq, bizim ən ağrılı problemimizi, məcburi köçkün problemini, 100 minlərlə insanın öz yurdlarından didərgin salınmasını, onların hüquqlarının kobud şəkildə pozulmasını beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb.

Sözün qısası, Elmira Süleymanovanın fəaliyyətini çox yüksək qiymətləndirir, ona bizim Parlamentin adından minnətdarlıq bildirmək istərdim. Bu dəyərli xanıma möhkəm can sağlığı, uzun ömür arzulayıram. Yeni seçiləcək Ombudsmana isə bu ağır və dəyərli işdə uğurlar arzulayıram”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu