"Bakıda öz meydançamızda oynayacağıq"-Şenol Günəş


2020-ci ildə keçiriləcək Avropa çempionatının təqvimi müəyyən edilib. 
"Sherg.az"ın məlumatına görə, A qrupunda yarışan qardaş Türkiyənin milli komandasının 2 oyunu Bakıda, Olimpiya stadionunda keçiriləcək. Türkiyə millisi noyabrın 17-də Uelslə qarşılaşacaq. İyunun 21-də isə türklər İsveçrə ilə qarşılaşacaq. “A milli”nin Bakıda oynayacağı Türkiyədə sevinclə qarşılanıb. 

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş sosial şəbəkəsində hesabında Bakının önəmini vurğulayıb. “Azərbaycanda öz meydançamızda oynayacağıq. Buraya gəlmək çox əhəmiyyətli idi, qürurvericidir. İnşallah qrupdan çıxaraq daha gözəl günlər görərik”-deyə, Şenol Günəş qeyd edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu