Bakıda "Halal" sertifikatı verən şirkət cərimələndi

Nizami Rayon Məhkəməsi “Azesert Halal” MMC-nin 1200 manat cərimə edilməsi barədə qərar çıxarıb.

Report-un xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) ilə təqsirli bilinib.

Nizami Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il qərarından “Azesert Halal” MMC-nin verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

"Azesert Halal" MMC Halal məhsulların sertifikatlaşdırılması üzrə akkreditasiya edilmiş qurumdur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu