Paşinyandan sonra erməni general da Qarabağa gəldi

Ermənistanın Baş Qərargah rəisi general-leytenant Artak Davtyan Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə səfər edib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb. O, Xankəndidə qondarma rejimin Müdafiə naziri Karen Abramyanla görüşüb və onunla birgə təmas xəttindəki hərbi hissələrdə olub.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da Xankəndiyə gəlib. Onun səfəri iki gün davam edəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu