Ekspert: "Bizi sevməyən ölkələr bu, layihələrə rişxəndlə yanaşırdılar"

“Azərbaycanın gələcək inkişafında TANAP layihəsinin xüsusi çəkisi olacaq”.

Bu fikirləri Sherg.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib.

Eskpert qeyd edib ki, ölkəmiz son dövrlərdə çox böyük əhəmiyyətə malik olan meqa və regional səviyyədə layihələr həyata keçirib:

“Hətta bu layihələr bəyan olunan zaman bizi sevməyən ölkələr bu, layihələrə rişxəndlə yanaşırdılar. Düşünürdülər ki, həmin layihələr həyata keçirilə bilməyəcək. Amma xarici siyasətimiz tarazlı şəkildə olduğu üçün biz layihələri həyata keçirdik və hazırda həmin layihələr qüvvədədir. Bu gün TANAP layihənin həyata keçiriləsi onu göstərir ki, Azərbaycan artıq həm investisiya, həm də siyasi nöqteyi-nəzərdən cazibədardır. Belə layihələrin həyata keçirilməsi üçün güclü siyasi iradə lazımdır. Çünki onların həyata keçməməsi üçün səhnə arxasında olan məqamlar var. TANAP layihəsi ilə tranzit yüklərinin, əmtəələrin Azərbaycan ərazisindən keçməsi birbaşa olaraq qeyri-neft sektorunun inkişafına şərait yaradacaq. Düşünürəm ki, TANAP qısa zaman kəsiyində Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu