ABŞ AB-yə 3 ölkəyə qarşı birləşməyi təklif etdi

ABŞ Dövlət Departamenti Avropa Birliyinin yeni liderlərinə bütün təhlükəsizlik çağırışlarına qarşı birgə mübarizə barədə çağırış edib.

Axar.az xəbər verir ki, bu məlumat ABŞ Dövlət Departamentinin Avropa Komissiyasının və Avropa Şurasının yeni rəhbərləri ilə bağlı yaydığı təbrik bəyanatında yer alıb. Məlumata görə, Vaşinqton həmçinin Rusiya, Çin və İrandan gələn təhdidlərə qarşı mübarizəyə səsləyib:

“ABŞ Avropa Birliyinin yeni lider komandası ilə ümumi maraqlarımızın inkişaf etdirilməsi üçün əməkdaşlığa ümid edir. Bu, məhz yeni ticarət əlaqələrinin, Avropanın enerji müstəqilliyinin gücləndirilməsi, Rusiya, Çin və İran təhdidlərinə qarşı mübarizəni ifadə edir”.

Dövlət Departamenti ABŞ və Avropa Birliyinin qarşılıqlı fəaliyyətini dünyada “yaxşıların gücü” adlandırıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu