Sürücülərin narazılığı: Bunun harası elektronlaşmadır?

Sürücülər artıq avtobilləri üçün etibarnaməni elektron qaydada ala bilirlər.

Bu, müsbət addım olsa da, bəzi məqamlara görə narazılığa səbəb olur. Belə ki, sürücülər etibarnaməni elektron qaydada almalarına rəğmən yenə də qeydiyyat üçün notariusa getməlidirlər.

Sürücülər bildirirlər ki, əgər yenə də notariusa gedilirsə, o zaman bunun harası elektronlaşdırma oldu?!

Nəqliyyat ekperti İlqar Hüseynli Sherg.az-a bildirib ki, tətbiq edilən yeni sistemi tam ideal hesab etmək olmaz:

"Konkret prosesin elektron qaydada aparılması istənilən halda yaxşıdır. Artıq bütün sahələrdə elektronlaşdırma gedir. Ancaq əsas məsələ ondan ibarətdir ki, sürücülər yenə də notariusa müraciət etməlidirlər. Yəni, yenə vətəndaşla məmur təması mütləqdir. Bu isə o deməkdir ki, sistem tam elektron qaydaya keçməyib. Düşünürəm ki, sistem tamamilə elektronlaşandan sonra sürücülər üçün daha asan olacaq”. 

Kənan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu