Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlandı

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz 21074" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Şəxsi yoxlama zamanı isə vətəndaşın üzərində gizlətdiyi 15 ədəd "Kgtel B360", 10 ədəd "X-Inova 360", 15 ədəd "Kgtel E 1200", 5 ədəd "Odsen 6303" markalı və 5 ədəd adı qeyd olunmayan mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu