Jirinovski: "Narkotikdən istifadə etmişəm..."

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski narkotik vasitədən istifadə etdiyini etiraf edib.

Axar.az xəbər verir ki, Jirinovski “İnternetdə narkotik vasitələrin təbliğatı və yayılması təhlükəsi” mövzusunda parlament dinləmələri zamanı narkotik vasitədən uşaq ikən istifadə etdiyini söyləyib. O, narkotik vasitəni ona yaşca böyük yoldaşlarının təklif etdiyini, nə olduğunu anlamasa da, buna razılıq verdiyini deyib.

“Bu məndə alışqanlıq yaratmadı. Ancaq başqasının xoşuna da gələ bilər. Buna yol vermək olmaz”, - Jirinovski fikrini tamamlayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu