Helikopterimiz Gürcüstanda xilasetmə əməliyyatına qatıldı

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda yerləşən Candargöldə iki balıqçı itkin düşüb.

Report xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Güclü külək balıqçıların olduğu qayığı aşırıb. İtkin düşən balıqçıların axtarışlarına Azərbaycan tərəfindən helikopter də cəlb olunub. Ancaq helikopterlə axtarış hava qaranlıq olduğundan dayandırılıb.

Xilasedici qrup isə ərazidə qalmaqda davam edir.

Qeyd edək ki, bu vaxta qədər axtarış-xilasetmə əməliyyatında biri Azərbaycandan olmaqla, iki helikopter iştirak edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu