"Beşiktaş" darmadağınla qalib gəlib



Türkiyə Super Liqasında XIII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, bu gün turun son oyunu keçirilib.

“Beşiktaş” öz meydanında “Kayserispor”u qəbul edib. İstanbul təmsilçisi ilk 45 dəqiqədə vurduğu üç qolla üstünlük qazanıb. Çempionatın autsayderi görüşün sonlarında fərqi azaltsa da, “ağ-qaralar”ın 4-cü qolla darmadağını rəsmiləşib.

Qeyd edək ki, növbəti turun oyunları dekabrın 6-9-da keçiriləcək.

Türkiyə Super Liqası

XIII tur

2 dekabr

“Beşiktaş” – “Kayserispor” – 4:1

Hatçinson, 20, Gönül, 30, Yılmaz, 41, 90 – Adebayor, 86

Paylaş

Bizi Facebookda izləyin
menu
menu