Terrorçuların dağıtdığı Tel Abyad xəstəxanası fəaliyyətini bərpa edib


Terroristlər tərəfindən məhv edilən Tel Abyad xəstəxanası fəaliyyətini bərpa edib
YPG/PKK terror təşkilatından təmizlənən Tel Abyad xəstəxanası suriyalılara tibbi xidmətlər göstərməyə başlayıb.
"Sherg.az"ın məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi twitter səhifəsində Suriyanın şimalında yerləşən Tel Abyad xəstəxanasında suriyalılara verilən tibbi xidmətlərlə bağlı bir video paylaşılıb.

Videoda uşaqlar da daxil olmaqla suriyalıların həkimlər tərəfindən müayinə edildiyi görüntülər yer alıb. 

Tibbi xidmət göstərilən suriyalı bir ailənin üzvləri YPG/PKK terror təşkilatının mövcud olduğu vaxtlarda evlərindən çölə çıxa bilmədiklərini söyləyiblər. Yaşadıqları bölgənin Türk Silahlı Qüvvələri tərəfindən terrorçulardan təmizləndiyini dilə gətirən ailə, "onlar burada olduqları vaxt evdən çölə çıxmaq çox təhlükəli idi. Allah hamınızdan razı olsun”- deyib.

Milli Müdafiə Nazirliyinin açıqlamasında isə qeyd edilib ki, suriyalı qardaşlarımız layiq olduqları xidmətləri almağa başlayıb: "Qəhrəman əsgərlərimiz tərəfindən dinc və təhlükəsiz mühitin yaradılması və Səhiyyə Nazirliyinin Tel Abyad xəstəxanasında göstərdiyi tibbi xidmətlər sayəsində suriyalı qardaşlarımız insan kimi yaşamağa və layiq olduqları xidmətləri almağa başlayıblar. Artıq üzlər gülür”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu