İnsanlıq düşməni olan PKK/YPG  dinc əhalini hədəf alıb - Rəqəm açıqlandı 


PKK/YPG dinc əhalini qətlə yetirməkdə davam edir.  Türkiyə Suriyanın şimalında xalqın həyat standartını yaxşılaşdırmağa çalışdığı halda, insanlıq düşməni olan PKK/YPG terror təşkilatı günahsız vətəndaşlara hücumlar təşkil edərək bölgədə yaradılmağa çalışılan güvən və sabitlik mühitini pozmağa çalışır. 

"Sherg.az" xəbər verir ki, qanla qidalanan PKK/YPG terror təşkilatı “Sülh Çeşməsi” əməliyyatının keçirildiyi bölgədə və yurd içində 9 oktyabrdan bəri 45 mülki şəxsi öldürüb, 244 nəfəri yaralayıb.

Türkiyə Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində yayılan açıqlamada Türkiyə Silahlı Qüvvələrinin mübarizəsinin terrorçulara qarşı olduğu və dinc əhalinin hədəf alınmadığı vurğulanaraq qeyd edilib ki, 9 oktyabrdan bu yana “Sülh Çeşməsi” əməliyyatının keçirildiyi bölgədə PKK/YPG terrorçuları tərəfindən birbaşa dinc əhalinin hədəf alındığı partlayıcı qurğuların olduğu nəqliyyat vasitələri ilə törədilən terror aktlarında 23 günahsız mülki şəxs həyatını itirib, 55 nəfər isə yaralanıb: “Ölkə daxilinə top mərmisi və raketlə edilən hücumlar nəticəsində isə 22 günahsız vətəndaşımız öldürülüb,189 vətəndaşımız yaralanıb.”

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu