Fransa yenidən qarışdı: tələbə, müəllim, fəhlə, təqaüdçü, «sarı jiletli»lər küçələrdə -FOTO

   Fransada pensiya islahatları ilə bağlı başladılan tətil bu saatlarda daha geniş vüsət alıb.
«Sherg.az» «lefigaro.fr»ə istinadən xəbər verir ki, hazırda bu ölkədə vəziyyət yenidən qarışıb və proseslər məcradan çıxmaq üzrədir.


Tətilə, tələbələr, müəllimlər, həmkarlar təşkilatları, «sarı jiletli »lər, yanacaqdoldurma məntəqələrinin işçiləri də qatılıb. 
Artıq etirazçıların karvanı getdikcə genişlər.

Fransada havaların kəskin soyuq keçməsinə rəğmən nümayişçilər etiraz aksiyasını növbəti həftənin bazar ertəsinə qədər davam etdirəcəklərini bildiriblər.
Bundan başqa tətilçilər ölkədə pensiya sistemi ilə yanaşı ictimai xidmət sektoruna da etiraz ediblər. 

Qeyd edək ki, bu gün Fransanın ən məşhur abidələrindən hesab olunan Eyfel qülləsi bağlanıb.
«Sherg.az» «lefigaro.fr»ə istrinadən xəbər verir ki, bu barədə faktı Eyfelin İstismarı Cəmiyyəti də təsdiqləyib. Qurumdan bildirilib ki, bu gün Eyfel qülləsi isanları qəbul etmək təhlükəsizlik baxımından optimal deyil.


Məhz ona görə də Eyfelə girişi müvəqqəti olaraq bağladıq.
Buna səbəb pensiya islahatları ilə bağlı ölkədə baş verən tətillərdir. 


Artıq insanlar pensiya islahatlarına etiraz olaraq sosial hərəkata başlayıblar. Eyfelin İstismarı Cəmiyyətindən verilən məlumata görə, bu qüllənin sabah açılıb –açılmayacağı məlum deyil:
«Bu proses narazı kütlənin sabah da səfərbər olunub-olunmayacağından asılıdır». 


Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu