Bu meyvələr allergiya yaradır?


Əksəriyyət sitrus meyvələrinin allergiya yaratdığını düşünür. Ən çox allergiya yaradan meyvələrdən biri kimi isə hər zaman portağal vurğulanır.  
Doğrudan da belədirmi?
"Sherg.az" e-tibb.az-a istinadən bildirir ki, dermatoloq, uzman həkim Lalə Cahangirova portağalın C vitamini deposu sayıldığını, sağlamlığımıza çox faydalı olduğunu vurğulayıb: "Xüsusilə payız və qış aylarında immun sistemini gücləndirən qidaların önündə gəlir.Dəri problemləri olan əksəriyyəti ilk növbədə bunun allergiya məşəli olduğunu hesab edir və pəhriz saxlamağa başlayır. Meyvələr öz mövsümündə yeyilməlidir. Dəridəki hər bir problem, səpki və ya qaşıntı hər zaman sitrus meyvələri ilə əlaqəli deyil. Boşuna özünüzü bu gözəl və faydalı nemətlərdən məhrum etməyin. Buna görə ilk növbədə dəri həkiminə müraciət edin ki, xəstəliyinizin nə olduğunu və nədən əmələ gəldiyini sizə izah etsin".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu