18 ildən sonra aktivləşən vulkan 20 nəfəri yaraladı

Yeni Zelandiyada Vakaari vulkanı 18 ildən sonra partlayıb. Ağ adada yerləşən Vakaari dağındakı vulkanın aktivləşməsi nəticəsində 20 nəfər yaralanıb.

Yerli radio ilə vulkanın zərər yetirdiyi şəxslərin arasında əraziyə gəzməyə gələn turistlərin olacağı bildirilib.

“Haber7”nin xəbərinə görə, partlama zamanı adada 100 nəfər olub.

Helikopterlər gələnə qədər insanlara pəncərələri bağlayıb evlərindən çıxmamaları tövsiyə olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu