Kəşfiyyat: Baş nazirə sui-qəsd ola bilər

Britaniya kəşfiyyatının rəhbərliyi radikal islamçılar və Rusiya təhlükəsindən dolayı leyboristlərin lideri Ceremi Korbinə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, Korbin görüşə çağırılaraq onun baş nazir olacağı təqdirdə hansı təhlükələrlə üz-üzə qalacağı bildirilib.

Kəşfiyyat qurumu İŞİD terror təşkilatının tərkibində döyüşən 32 min terrorçunun Böyük Britaniya üçün təhlükə yaratdığına inanır. Üstəlik, terrorçulardan 10 mindən çoxunun artıq azadlıqda olması vəziyyəti daha da təhlükəli edir:

“Məqsədimiz baş nazirlərin təhlükəsizliklərini təmin etməsi üçün onları bütün informasiyalarla təmin etməkdir”, - məlumatda bildirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu