Bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Abşeron rayonu Qobu və Masazır qəsəbələri, Atyalı yaşayış sahəsi, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi və Binəqədi rayonu 28 May qəsəbəsində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq 10/6/0.4 kv-luq EVX-ləri, TM, KTM-lərdə yenidənqurma  işləri davam etdirilir.

Görülən işlərlə əlaqədar olaraq sabah adıçəkilən ərazilərdə elektrik enerjisi təchizatında qısamüddətli növbəli fasilələr yaranacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu