Tiflis: "Rusiyaya heç bir güzəşt etməyəcəyik"

Rusiya hərbçilərini Gürcüstandan çıxarmayana qədər ölkənin milli maraqları hesabına heç bir güzəşt edilməyəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze deyib. Onun sözlərinə görə, hakim partiya Rusiya yumşaq gücünə qarşı mübarizə aparır və onların təsirinin Tiflis, eləcə də Gürcüstan regionlarında artırılmasına imkan verilməsini planlaşdırmır.

Talakvadze hazırda hakimiyyət strukturlarının kursunda hansısa dəyişiklik olmadığını söyləyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu