Rusiyada polisi döyən azərbaycanlıya hökm oxundu

Rusiyanın Voloqda şəhərində polisi döyən azərbaycanlı həbs ediləcək. Oxu.Az-ın xəbərinə görə, azərbaycanlı yataqxanaya tanışının evinə qonaq gedib.

Bu vaxt oraya gələn polis onlardan sənəd tələb edib.

Azərbaycanlı etiraz edəndə polis onu bölməyə aparmaq istəyib.

Bu vaxt azərbaycanlı onu döyüb və nəticədə, idarəyə aparılan cinayətkar məhkəmədə günahını boynuna alıb və tutduğu işdən peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə o, cəzasını 1 il 6 ay müddətində ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu