“Qızıl qlobus”a namizədlər məlum oldu

Çin əsilli amerikalı rejissor Lulu Vanqın “Vida” filmi (The Farewell, 2019) “Ən yaxşı əcnəbi film” kateqoriyasında “Qızıl qlobus” mükafatına namizədlər sırasına daxil olub.

Kult.az xəbər verir ki, namizəd filmlərin adları təşkilatın rəsmi saytında açıqlanıb.

Fransız rejissor Laca Linin “Səfillər” (Les misérables, 2019), ispan rejissor Pedro Almodovarın “Ağrı və şöhrət” (Dolor y gloria, 2019), Şimali Koreyalı Pon Çjun Xonun “Parazitlər” (Gisaengchung, 2019) və fransız Selin Syammanın “Alovlar içindəki qızın portreti” (Portrait de la jeune fille en feu, 2019) filmləri də namizədlər arasına daxil edilib.

Qeyd edək ki, 77-ci “Qızıl qlobus” mükafatlandırma mərasimi yanvarın 5-də Kaliforniya ştatının Beverli Hills şəhərində baş tutacaq. Mərasimə 5-ci dəfə britaniyalı aktyor Riki Cerveys aparıcılıq edəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu