"Qarabağ" - "Düdelanj" matçına bu qədər bilet satılıb

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin sonunvu - VI turunda Lüksemburqun "Düdelanj" klubunu qəbul edəcək.

Axar.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 12-də keçiriləcək oyuna 3 gün qalmış cəmi 5 min bilet satılıb.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:55-də start götürəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu